Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Qənimət Zahidin apellyasiya şikayəti təmin olunmayıb

Qənimət Zahidin apellyasiya şikayəti təmin olunmayıbBu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin və Bakı şəhər sakini Vüsal Həsənovun Yasamal rayon Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, Yasamal rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunan Q. Zahid 4 il, V. Həsənovun isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

/APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO