Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədri vəzifəni tərk edir – KİV

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın News.am saytı diplomatik dairələrdəki məlumatlı mənbəyə istinadən xəbər verib. Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub və bu postda Metyu Brayzanı əvəz edib.
Bradtkenin yeni təyinatı barəsində xəbər verilmir.
Çox güman olunur ki, o xaricdə hər-hansı diplomatik vəzifəyə və ya ABŞ Dövlət Departamentinə təyinat ala bilər.
Robert Bradtkeni ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində kim əvəz edəcəyi barədə hələlik xəbər verilmir.
ATƏT Minsk qrupunun həmsədrlər tərkibinə həm də İqor Popov (Rusiya) və Jak For (Fransa) daxildir. /Trend/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO