Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Rövnəq Abdullayev ARDNŞ-da aparılan ixtisarlara münasibət bildirib

Gələn il struktur islahatları «Azəriqaz» İstehsalat Birliyini də əhatə edəcək

 Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan təkmilləşdirmə işləri ilə bağlıdır.

 

Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: «İndi Sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir».

«Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin «Azəriqaz» İstehsalat Birliyində də aparılacaq», – deyə R.Abdullayev qeyd edib.

 

ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək. /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO