Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Rusiya neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində 200 milyard dollar itirib

Rusiyanın maliyyə naziri Anton Siluanov neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatının məruz qaldığı itkilərin 200 milyard dollar həcmində olduğunu bəyan edib.

Xəbərə görə, A. Siluanov CNBC telekanalına müsahibəsində neftin qiymətlərinin və sanksiyaların birgə təsiri nəticəsində Rusiya iqtisadiyyatının 200 milyard dollara yaxın, hətta daha çox itkiyə məruz qaldığını bildirib.

 Nazir deyib ki, ən neqativ təsiri neftin qiymətinin azalması göstərib və bu faktor tənəzzülün əsas hərəkətverici qüvvəsi olub, sanksiyalar nəticəsində yaranan maliyyə defisiti isə 40-50 milyard dollar təşkil edib: “Tətbiq olunmuş sanksiyalar doğrudan da bizə mənfi təsir göstərib. Lakin Rusiya şirkətləri bu vəziyyətə uyğunlaşa biliblər, ölkəni tədiyyə balansına isə korrektələr edilib. Rubl zəifləyib, ancaq gördüyünüz kimi, həyat davam  edir və biz də yaşamağa davam edirik”.     

 Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətinin daha 6 ay uzadılması barədə qərar qəbul edib. /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO