Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Rusiyanın Vladimirsk vilayətinin Kolçuqinsk rayonu ilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında müqavilə imzalanıb

Rusiyanın Vladimirsk vilayətinin Kolçuqinsk rayonu ilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında müqavilə imzalanıbRusiyanın Vladimirsk vilayətinin Kolçuqinsk rayonu ilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.
APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, Azərbaycan torpaqlarını işğal altında saxlayan separatçı rejimin rəhbəri Bako Saakyanla Kolçuqinsk rayon administrasiyanın rəhbəri Viktor Kastuşev arasında Xankəndində keçirilən görüşdə Qarabağda müxtəlif investisiya proqramlarının reallaşdırılması perspektivləri müzakirə edilib. Bundan başqa, tərəflər Vladimirsk vilayəti ilə separatçı Dağlıq Qarabağ rejimi arasında iqtisadi, mədəni və təhsil sahəsində əlaqələrin qurulması məsələlərinə dair fikir mübadiləsi aparıblar.
İşğal altında olan Azərbaycan ərazilərinə səfər etmiş Rusiya nümayəndə heyətinə Vladimirsk Dövlət Universitetinin prorektoru, Ali Məktəblərarası Regional İnnovasiya Mərkəzinin rəhbəri Vladimir Keçin, “Almaz” Şirkətlər Birliyinin sədri Qraçya Avakyan və Vladimirsk vilayətinin erməni icmasının rəhbəri Kamo Qasparyan daxildir.
Kalçuqinsk rayon administrasiyasının mətbuat xidmətindən isə APA-ya bildirilib ki, V. Katuşev həmin vaxt məzuniyyətdə olduğundan, nümayəndə heyətinə rəhbərlik edə bilməzdi. Bundan başqa, administrasiyada məlumatı şərh etməkdən imtina ediblər. Vladimirsk vilayət administrasiyasından isə APA-ya bu səfər barədə məlumatsız olduqlarını bildiriblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim də APA-ya bu səfər barədə məlumatsız olduğunu deyib. Bununla belə, o, nazirliyin bu məsələnin aydınlaşdırılması ilə lazımi tədbirlər görəcəyini qeyd edib: “Əgər belə bir fakt baş veribsə, bunun bir daha təkrarlanmamasına çalışacağıq. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və istənilən bu cür əlaqələr Azərbaycan hökumətinin vasitəsilə baş tutmalıdır”.

/APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO