Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Şəkidə oğruluqla məşğul olan cinayətkar dəstə tutulub – FOTO

  Şəkidə oğruluqla məşğul olan cinayətkar dəstə tutulub.

Şəki şəhər-rayon Polis Şöbəsindən Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları rayon əhalisinin müraciətləri əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləni nəticəsində Şəki şəhəri və ətraf kəndlərdən son 3 il ərazində 10-dan çox oğruluq edərək cinayət törətmiş mütəşəkkil cinayətkar dəstə üzvülərini tutaraq istintaqa təhvil verib.

 Aparılmış ilkin istintaq zamanı məlum olub ki,  cinayətkar dəstə üzvüləri,  Şəki rayon sakinləri  29 yaşlı Şahmar Abdullayev, 27 yaşlı Pərviz Mahmudov, 27 yaşlı Tural Musayev, 29 yaşlı Famil Əliyev və 36 yaşlı Tapdıq Əliyev əlbir olaraq son 3 il ərzində rayon ərazisində evləri, dükanları və avtomobilləri talamaqla külli miqdarda pul, qızıl-zinət əşyaları və müxtəlif elektron və məişət avadanlıqları oğurlayaraq rayon sakinlərinə təxminən 40-50 min manat məbləğində ziyan vurub. Məlumatda bildirilir ki, cinayətkar dəstənin 3 üzvü –  Şahmar Abdullayev, Tapdıq Əliyev və Pərviz Mahmudov əvvəllər də narkotik və oğurluq maddələri ilə məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də CM-nin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, dəstə üzvlərinin başqa cinayət əməllərində əllərinin olub-olmaması araşdırılır.  /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO