Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Təhsil naziri Horadiz şəhərində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarının sakinlərini qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 16-da saat 10.00-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarının sakinlərini qəbul edəcək.

Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 10-dan 12-dək nazirliyin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə (“Qaynar xətt” xidməti) və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə (http://edu.gov.az/az/contacts/request) daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO