Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Türkiyə səfiri: “Azərbaycana müdafiə sahəsində də dəstək verəcəyik “

 

Səfir Türkiyənin Azərbaycana hər sahədə dəstək verməyə hazır olduğunu bəyan edib. 

 
“Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir və biz Azərbaycana bu sahədə də dəstək verəcəyik”, – deyə diplomat bildirib.

 

Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, beynəlxalq hüquq bərpa olunmayınca, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın istəyi çərçivəsində həllini tapmadıqca bölgədə normallaşma ola bilməz.

 

Diplomatın sözlərinə görə, iki dövlət arasında münasibətlərə zərər verə biləcək qüvvələrin ola biləcəyi hər zaman diqqətdə saxlanılmalıdır.

 

O, AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin səsverməsi zamanı bəzi türk deputatların səsvermədə iştirak etməməsi məsələsindən danışarkən hansısa deputatın addımına görə mövqe bildirmək istəmədiyini deyib: “Lakin Türkiyədə heç bir yerdə, heç bir rəsmi qurumda insanlar heç bir vaxt bir araya gələrək “Azərbaycanın bu məsələsinə necə mane ola bilərik?” müzakirəsi aparmayıblar. Əksinə, “Azərbaycana daha yaxşı necə kömək edə bilərik?” müzakirəsi olur. Türkiyə dövlətinin siyasəti, 80 milyona yaxın əhalinin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssasdır. Bu, dövlət siyasətindən də yüksəkda duran məsələdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO