Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

“Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis–UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirilib

“Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis–UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

 

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Milli Məclis və UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ümumi təhsil məktəblərinin direktorları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri və şagirdlər iştirak ediblər.

 

Bakı şəhərindəki 7 nömrəli məktəbin rəhbərliyi və təhsildə yüksək nailiyyətlər qazanmış şagirdlərin də iştirak etdikləri görüşün əlamətdar dövrə təsadüf etdiyi, BMT-nin Uşaq Fondu olan UNİCEF-in 70 illiyi ərəfəsində keçirildiyi nəzərə çatdırılıb. Çıxışlarda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənəyə uyğun olaraq, uşaqların xoşbəxt və firavan yaşamaları üçün dövlət səviyyəsində mühüm layihələrin həyata keçirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlərin uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətin uşaqlara göstərdiyi qayğı və qarşıda duran vəzifələrdən söhbət açılıb, bir sıra təkliflər səsləndirilib.

 

Sonda UNİCEF tərəfindən hazırlanan, uşaqlara həsr olunmuş film göstərilib.

 

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO