Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Vyanada Avstriya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub

Oktyabrın 4-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Azərbaycan ilə Avstriya arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında müxtəlif sahələrdə yüksək səviyyədə əlaqələr qurulduğunu diqqətə çatdıran L.Qasımova bu əlaqələrin möhkəmlənməsində ümummili lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin, eləcə də Avstriya prezidentləri Tomas Klestil və Haynts Fişerin xüsusi rol oynadıqlarını qeyd edib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında ölkələr arasında son 25 ildə siyasi, iqtisadi və mədəni sahələrdə mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib. İki ölkə arasında əlaqələrin tarixinin hələ XVI əsrdə Habsburqlar və Səfəvilər sülalələrinin hakimiyyəti dövrünə gedib çıxdığını deyən diplomat bu ölkələri yaxınlaşdıran bir sıra ortaq dəyərlərin olduğunu vurğulayıb. Bildirilib ki, multietnik və tolerant cəmiyyətə malik hər iki ölkə heç bir bloka və hərbi alyansa qoşulmaması, öz ərazisində baş ölkənin hərbi hissələrini yerləşdirməməsi ilə də orta cəhətləri bölüşürlər. Bu gün Azərbaycan Avstriya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır. Bu əlaqələri genişləndirmək üçün yaxın gələcəkdə Avstriyanın Klaqenfurt, Sankt Pölten və Klaqenfurt şəhərlərində Azərbaycanın fəxri konsulluqları da açılacaq.

Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Qeorq Vettel çıxışında ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib. Son 30 ildə Avropanın siyasi mənzərəsində ciddi dəyişikliklərin baş verdiyini qeyd edən natiq “dəmir pərdə“nin aradan qalxması və Sovet İttifaqının süqutunun ardınca müstəqilliyini yeni elan etmiş ölkələrlə diplomatik münasibətlərin təməlinin atılmasını tarixin yeni və önəmli səhifəsi kimi xarakterizə edib. O, hər iki ölkə arasında əlaqələrin həyatın bütün sferalarında, eləcə də parlamentlərarası əlaqələr səviyyəsində bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureati Eyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə gənc Azərbaycan musiqiçiləri, beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəliyeva (mezzo-soprano) və Abuzər Manafzadə (fortepiano) tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Edvard Qriq, Volfqanq Amadeus Motsart və digər bəstəkarların əsərləri səsləndirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin salonunda, həmçinin gənc rəssam Nərgiz Quliyevanın əsərlərindən ibarət sərgi nümayiş olunub.

 

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO