Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

XİN: Çonişvili vicdanının qarşısında cavab verməlidir

“Bu məqam əlavə olaraq, araşdırılacaqdır”.

Ermənistanın sifarişi əsasında hazırlanmış və yalnız tarixin saxtalaşdırılması xarakteri daşıyan bu veriliş haqqında Xarici İşlər Nazirliyində məlumat vardır.

Bunu Oxu.Az-ın erməni tərəfinin Azərbaycan haqqında “Tarixin saxtalaşdırılması: Azərbaycan” adlı təxribat xarakterli film çəkməsi və həmin filmi bir müddət əvvəl Bakıda teatr səhnəsinə çıxmış gürcü əsilli rus aktyoru Sergey Çonişvilinin səsləndirməsi barədə sorğusuna cavab olaraq, XİN Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, verilişi səsləndirən şəxsin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etməsi faktı qeydə alınmayıb.

“Amma bu məqam əlavə olaraq, araşdırılacaqdır. Yalan və böhtan əsasında fəaliyyət göstərən erməni təbliğat maşının sifarişi əsasında bu kimi layihələrə cəlb olunan incəsənət adamları maddi maraqdan öncə onların üzərinə düşən mənəvi məsuliyyəti dərk etməli və öz vicdanları qarşısında hesabat verməlidirlər. /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO