Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Yunanıstanın energetika naziri: “DEPA şirkəti satılmayacaq “

“DESFA-nın səhmlərinin alınması ilə bağlı Avropa Komissiyasının qərarını gözləyəcəyik”

Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanis Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ölkənin qazpaylayıcı şəbəkənin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına münasibət bildirib.

 “Reuters”ə istinadən xəbərə görə, nazir bildirib ki, “Yunanıstan hökuməti Avropa Komissiyasının qərarını gözləyəcək və gələcək addımlarını müəyyən edəcək”.

 

Nazir həmçinin DEPA şirkətinin özəlləşdirilməsi məsələsinə də toxunub.

 

“Maraqlı tərəfin kimliyindən asılı olmayaraq, biz DEPA-nı heç kimə satmayacağıq və özəlləşdirilməsinə imkan verməyəcəyik”, – deyə P. Lafazanis bildirib.

 

Xatırladaq ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

 

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

 

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

 

DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avro əldə etməyi nəzərdə tutur. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO